SON XƏBƏRLƏR

Əfqanıstanla sərhəddə 400 kilometrlik divar inşa edilir 

2025.05.26, 12:19
Əfqanıstanla sərhəddə 400 kilometrlik divar inşa edilir 

Rəzəvi Xorasan ostanında Əfqanıstan sərhədinə 100 kilometrlik təhlükəsizlik səddinin inşası başa çatıb.

Gunaz.tv

Bu barədə İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

O bildirib ki, layihə çərçivəsində ilin sonuna kimi şərq sərhədində 400 km uzunluğunda və 4 metr yüksəkliyində sədd inşa ediləcək.

Baqiri sərhəddə təhlükəsizliyin gücləndirilməsi məqsədilə “ağıllı-elektron” sistemlərin qurulacağını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Taliban hökuməti İranın bu addımını pisləyib və sərhəddə divar çəkilməsinin yalnız iki tərəfin razılığı əsasında ola biləcəyini bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar