SON XƏBƏRLƏR

Səmərqənd 2025-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

2025.05.27, 11:22
Səmərqənd 2025-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

İslam ölkələrinin mədəniyyət nazirlərinin Dohada keçirilən toplantısında Özbəkistanın tarixi-mədəni şəhəri Səmərqənd “2025-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Gunaz.tv

Bu qərar İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO) üzv dövlətlərin mədəniyyət nazirlərinin “İslam dünyasında mədəni fəaliyyətlərin yenilənməsi” şüarı ilə keçirilən 12-ci konfransında qəbul edilib.

Özbəkistan rəsmiləri bu qərarı alqışlayaraq, Səmərqənd şəhərinin zəngin mədəniyyətini, qədim sivilizasiyasını, İslam və İpək Yolu tarixindəki rolunu tanıtmaq üçün yeni fürsət hesab ediblər.

Bir neçə min illik tarixi olan Səmərqənd daha əvvəl YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş və 2023-cü ildə “Dünya Turizm Paytaxtı” adını qazanmışdır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar