SON XƏBƏRLƏR

Almaniya Ukraynaya "Patriot" üçün raketlər verəcək

2025.05.27, 12:54
Almaniya Ukraynaya "Patriot" üçün raketlər verəcək

Amerika Almaniyanın “Patriot” zenit-raket kompleksləri üçün materialları Ukraynaya göndərilməsinə icazə verib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, indi Berlin Kiyevə daha müasir PAC-3-lərdən effektivliyinə görə geri qalan PAC-2 raketlərini vermək niyyətindədir.

Bu barədə “The Washington Post” qəzeti adının açıqlanmasını istəməyən Avropa diplomatına istinadən yazır. Onun sözlərinə görə, bu raketlər ballistik raketlərə qarşı mübarizədə daha zəifdir.

Ukrayna kəşfiyyatının yüksək rütbəli nümayəndəsi isə qeyd edib ki, Rusiyanın ortamənzilli "Oreşnik" ballistik raketini hətta PAC-3-lərlə də ələ keçirmək mümkün deyil:

"Ukrayna pilotsuz uçuş aparatları və qanadlı raketlərlə mübarizə üçün yerli istehsal olan hava hücumundan müdafiə vasitələrindən və Avropanın yardımından istifadə edə bilsə də, ona hələ də ballistik raketləri ələ keçirmək üçün “Patriot” raketləri və sistemləri lazımdır".

 

 

Ş.E

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar