SON XƏBƏRLƏR

Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

2025.05.27, 13:55
Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Məlumata görə, sabah Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində iştirak edib.

Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub.

 

80beb57e-3a68-4aa0-aa10-61134a8fd396.jpg

 

be6d63d9-5f53-41de-a1d1-b3569e26019a.jpg

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar