SON XƏBƏRLƏR

İranda sürücülərin tətili 125 şəhərə yayıldı

2025.05.27, 15:09
İranda sürücülərin tətili 125 şəhərə yayıldı

İranda yük maşınları sürücülərinin tətilinin 6-cı günündə daha 20 şəhərin sürücüləri işlərini dayandıraraq aksiyaya qoşulub və bununla da tətilə qoşulan şəhərlərin sayı 125-ə çatıb.

Gunaz.tv

Bununla bağlı Sürücülər Birliyinin son bəyanatında bildirilib.

Tətil aksiyasına Təbriz, Qəzvin, Zəncan, Ərdəbil, Ocan (Bostanabad) və başqa bir neçə Azərbaycan şəhərinin sürücüləri də qoşulub.

Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

Məlumatlara görə, sürücülərin tətili nəticəsində ölkədə yükdaşıma sahəsi iflic olub, limanların fəaliyyətində də problemlər yaranıb.

Sürücülərin tətil aksiyasını dayandırmaları üçün onlara qarşı təzyiqlər başlayıb, Şiraz şəhərində onlarla sürücü həbs edilib.

Pezeşkian hökumətinin Yol və Nəqliyyat Təşkilatının rəhbəri Rza Əkbəri, tətil edən sürücüləri iğtişaş və gərginlik yaratmaqda günahlandırıb, bundan müxalif medianın hökumətə qarşı təbliğat vasitəsi kimi su-istifadə etdiyini iddia edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar