SON XƏBƏRLƏR

Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb

2025.05.28, 12:32
Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb.

Gunaz.tv

Mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.

General-polkovnik Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.

Öz növbəsində, A.Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar