SON XƏBƏRLƏR

Təbrizdə Azərbaycan Beynəlxalq Velosiped Turu başlayıb

2025.05.28, 16:09
Təbrizdə Azərbaycan Beynəlxalq Velosiped Turu başlayıb

Təbrizdə İran- Azərbaycan (Güney Azərbaycan) Beynəlxalq Velosiped Turunun 37-ci dövrü keçirilir.

Gunaz.tv

Bu barədə Təbriz mediası məlumat yayıb.

Səhər saat 10-da Şərqi Azərbaycan əyalətinin rəsmiləri, Velosiped Federasiyasının rəhbərliyi və başqa əlaqədar qurumların iştirakı ilə turun ilk mərhələsinə start verilib.

Beynəlxalq idman tədbirində 8 xarici ölkənin komandaları iştirak edir. Onların arasında 70 qadın velosipedçi də var.

Qeyd edək ki, birinci mərhələ Təbriz-Urumiyə marşrutu üzrə, ikinci mərhələ Urmiya-Culfa marşrutu üzrə, üçüncü mərhələ Culfa-Şəbüstər marşrutu üzrə, dördüncü mərhələ Təbriz-Səreyin marşrutu üzrə, beşinci mərhələ isə Səreyin-Təbriz marşrutu üzrə keçiriləcək.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar