SON XƏBƏRLƏR

Həmədanlı cütlük həbs edildi

2025.05.30, 10:59
Həmədanlı cütlük həbs edildi

Güney Azərbaycanın Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair və ictimai fəal Əli Cahanian və onun həyat yoldaşı Firiştə Suri həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, azərbaycanlı cütlük Nəhavənd şəhərinin təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra saxlanılıblar.

Bir neçə gün əvvəl Nəhavənd şəhərinin inqilab Məhkəməsi "hökumətə qarşı təbliğat" ittihamına görə onların hər birini 1 il azadlıqdan məhrum edib.

Qeyd edək ki, bundan əvvəı Əli Cahanian, İran hökumətinin HƏMAS və Lübnan Hizbullahına dəstəyini tənqid edən paylaşımlarına görə də cəzalnadırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar