SON XƏBƏRLƏR

Marağada da sürücülər tətilə qoşuldu

2025.05.30, 13:59
Marağada da sürücülər tətilə qoşuldu

İranda yük maşını sürücülərinin tətilinin davam edir, dünəndən başlayaraq Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin şəhərlər arası avtobus sürücüləri də tətil elan ediblər.

Gunaz.tv

Bu barədə onlar sosial media platformalarında məlumat paylaşıblar.

Məlumata görə, Marağa avtovağzalında avtobus sürücüləri işi dayandırıb və sərnişinləri aparmaqdan imtina ediblər.

Qeyd edək ki, 6 gündür İranda yük maşını sürücüləri tətil aksiyası keçirirlər.

Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

Məlumatlara görə, sürücülərin tətili nəticəsində ölkədə yükdaşıma sahəsi iflic olub, limanların fəaliyyətində də problemlər yaranıb.

Sürücülərin tətil aksiyasını dayandırmaları üçün onlara qarşı təzyiqlər başlayıb, bir neçə şəhərdə onlarla sürücü həbs edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar