SON XƏBƏRLƏR

İranda tətilə görə 25 nəfər həbs edilib

2025.05.31, 09:49
İranda tətilə görə 25 nəfər həbs edilib

İranda yük maşınları sürücülərinin tətil aksiyasında iştirak edən və ya sosial mediada buna dəstək verən 25 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onların bəzilərinə qarşı ittiham irəli sürülüb, barələrində cinayət işi açılıb.

Qeyd edək ki, mayın 22-dən başlayan tətil aksiyasında narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar