SON XƏBƏRLƏR

İsrailə görə daha bir nəfər edam ediləcək

2025.05.31, 12:09
İsrailə görə daha bir nəfər edam ediləcək

İran Ali Məhkəməsi, ilkin məhkəmənin  "İsrailə casusluq"da ittiham olunan Məhəmməd Əmin Məhdəvi Şayistə barəsində çıxardığı edam hökmünü təsdiq edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Ötən ilin noyabrında Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Məhəmməd Əmin Məhdəvi Şayistəni  "düşmən ölkə ilə əməkdaşlıq" və "islam müqəddəslərini təhqir etmək"də günahlandırmışdı.

İnsan haqları təşkilatları 27 yaşlı Məhəmməd Əmindən işgəncə altında məcburi etiraf alındığını və onun İsraillə əməkdaşlığını sübut edən heç bir faktın olmadığını bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar