SON XƏBƏRLƏR

İranda sürücülərin tətili 152 şəhərə yayıldı

2025.05.31, 12:56
İranda sürücülərin tətili 152 şəhərə yayıldı

İranda yük maşınları sürücülərinin 9-cu günündə daha bir neç şəhərin sürücüləri işlərini dayandıraraq aksiyaya qoşulub və bununla da tətilə qoşulan şəhərlərin sayı 152-ə çatıb.

Gunaz.tv

Bununla bağlı Sürücülər Birliyinin son bəyanatında bildirilib.

Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

Məlumatlara görə, sürücülərin tətili nəticəsində ölkədə yükdaşıma sahəsi iflic olub, limanların fəaliyyətində də problemlər yaranıb.

Sürücülərin tətil aksiyasını dayandırmaları üçün onlara qarşı təzyiqlər başlayıb, bir neçə şəhərdə 25 nəfər həbs edilib.

Onlar "sürücüləri tətilə təşviq və təhrik etmək"də günahlandırılıblar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar