Bu dövr ərzindəki məlumat və hesabatlar göstərir ki, bəzi sahələrdə irəliləyişin olmaması ilə yanaşı, hətta məhdudiyyətlər də artıb.
“Balamın Adı” kampaniyasının yaydığı məlumatlara görə, türk adlarının Vətəndaşlıq Qeydiyyatı Təşkilatında qeydiyyatı prosesi getdikcə çətinləşib.
Kampaniya, azərbaycanlı ailələrdən topladığı hesabatlara əsasən bildirib ki, valideynlər övladlarına türk adlarının verilməsi prosesinin daha da çətinləşdiyini bildiriblər.
Qeyd edilib ki, İran Vətəndaşlığın Qeydiyyatı Təşkilatı son vaxtlar "Yağış", "Elman", "Elyar", "Ayxan" və başqa bu kimi türk adlarına sənəd verməkdən imtina edib.
Bəzi iddialara görə, İranda siyasi gücə geniş təsir imkanı olan fars miliyyətçi cərəyanı, bu vasitə ilə həm də, Məsud Pezeşkianın prezident seçilməsində əhəmiyyətli rol oynayan azərbaycanlıların ona qarşı çıxmasına çalışır.
Qeyd edək ki, İran Qeydiyyat Təşkilatının azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.
Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.
GünazTV