SON XƏBƏRLƏR

Sudanda savaşın ağır nəticələri - 4 milyon qaçqın

2025.06.03, 15:01
Sudanda savaşın ağır nəticələri - 4 milyon qaçqın

2023-cü ildə vətəndaş müharibəsi başlayandan bəri Sudandan 4 milyon insan miqrasiya edib.

Gunaz.tv

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

"Sudanda münaqişə davam edəcəyi təqdirdə, daha çox insan Sudandan qaçacaq və dünyadakı sabitliyi ciddi təhdid edir." - deyə BMT-nin Qaçqınlar üzrə Agentliyinin sözçüsü Eujin Byun Cenevrədəki mətbuat brifinqində bildirib.

Qeyd edək ki, Sudan yeddi ölkə ilə həmsərhəddir: Çad, Güney Sudan, Misir, Eritreya, Efiopiya, Mərkəzi Afrika Respublikası və Liviya.

Bildirilib ki, 800.000-dən çox qaçqın maliyyə çatışmazlığı səbəbindən sığınacaq şərtlərinin ağır olduğu Çada gəlib və hazırda onların maliyyə ehtiyaclarının yalnız 14 faizi qarşılana bilir.

"Biz hazırda çox böyük bir böhran və insanlıq faciəsi ilə üzləşirik." - deyə konfransda çıxış edən Dossou Patris qeyd edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar