SON XƏBƏRLƏR

Urmu gölünün son vəziyyəti açıqlandı

2025.06.03, 15:13
Urmu gölünün son vəziyyəti açıqlandı

Hazırda Urmu gölünün sahəsi 1110 kvadrat kilometr, göldə olan su miqdarı isə 1 milyar 550 milyon kubmetrdir.

Gunaz.tv

Ekoloji problemlə bağlı Ətraf Mühitin Mühafizəsi Təşkilatı məlumat yayıb.

Bildirilib ki, cari yağış ilində yağıntılar ötən ilin eyni dövrü ilə müqayisədə 28% azalıb və buna görə də qarşıdakı aylarda gölün sahəsi və suyunun daha da azalacağı ehtimal olunur.

Qeyd edək kİ, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar