SON XƏBƏRLƏR

Qaçqın əfqanıstanlıların İrandan deportasiyası sürətlənib

2025.06.04, 10:53
Qaçqın əfqanıstanlıların İrandan deportasiyası sürətlənib

May ayının hesabatlarına görə, İranda yaşayan əfqanıstanlıların ölkədən çıxarılması prosesi sürətlənib.

Gunaz.tv

Bununla bağlı BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl deportasiya edilənlərin çoxu kişilər olsa da, hazırda bu ailələrə də şamil edilir.

Bir müddət əvvəl İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və İmmiqrantlarla İş üzrə Mərkəzinin rəhbəri Nadir Yarəhmədi 2024-cü ildə 1 milyon əfqanıstanlının deportasiya edildiyini açıqlamışdı.

Qeyd edək ki, İran hökuməti bu ölkədə yaşayan əfqanıstanlı qaçqınlara təzyiqlərin davamında onların daha 18 əyalətə girişini qadağan edib.

Bununla yanaşı  əfqanıstanlı qaçqınları işə götürən və onlara ev kirayə verən şəxslərə qarşı ağır cərimələr tətbiq edib.

Buna baxmayaraq, SEPAH-ın "Qüds" qüvvələrinin qurduğu əfqanistanlı qaçqın şiyələrdən ibarət "Fatimiyyun" qruplaşmasının üzvlərinə və ailələrinə isə xüsusi imtiyazlar verilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar