SON XƏBƏRLƏR

İran əhalisinin dörddə biri psixi problemlərdən əziyyət çəkir!

2025.06.05, 12:00
İran əhalisinin dörddə biri psixi problemlərdən əziyyət çəkir!

İranda psixi pproblemlərdən əziyyət çəkənlərin nisbəti 1990-cı ildəki 17,1%-dən, 2021-ci ildə 20,7%-ə yüksəlib.

Gunaz.tv

Bununla bağlı Səhiyyə Nazirliyinə bağlı mərkəzlərin məlumatında deyilir.

Son araşdırmalara görə, koronavirus pandemiyasından sonra ölkə əhalisinin təxminən 25%-də psixi pozuntuların olduğu müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə,dünya üzrə psixi pozuntuların orta göstəricisi təxminən 13% qiymətləndirilir.

Qeyd edək ki, psixi pozuntular nəticəsində İranda intihar halları da kəskin artıb.

Son 7 il ərzində intihara cəhd edən yüzminlərlə iranlının 40 mini özünə qəsd nəticəsində həyatını itirib.

Psixoloqlar bunun gələcəyə ümidsizlik, yoxsulluq, işsizlik və başqa bu kimi problemlərlə irəli gəldiyini bildirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar