SON XƏBƏRLƏR

Urmu gölündə duz fırtınası - Görüş məsafəsi azaldı

2025.06.05, 13:06
Urmu gölündə duz fırtınası - Görüş məsafəsi azaldı

İyunun 4-dən Urmu gölü ətrafında geniş əraziləri əhatə edən duz fırtınası başlayıb.

Gunaz.tv

Ekoloji problemlə bağlı yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınası ətraf bölgələrdə görüş məsafəsini azaldıb.

Qeyd edək ki, Urmu gölü ətrafında baş qaldıran duz fırtınaları kənd təsərrüfatına ziyan vurmaqla yanaşı bölgədə müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

İran Enerji Nazirliyinin keçmiş rəsmisi Məhəmmədəli Müstəfəvi bir müddət əvvəl özünün sosial media hesabındakı paylaşımında bu barədə yazıb.

O, son illər Urmu gölünə yaxın kəndlərdə xərçəng xəstəliyinə yoluxan və bu səbəbdən ölənlərin sayının kəskin artdığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar