SON XƏBƏRLƏR

Tehranda azərbaycanlı sosial media fəalı öldürülüb

2025.06.05, 15:16
Tehranda azərbaycanlı sosial media fəalı öldürülüb

Tehran əyalətinin İslamşəhr şəhərində yaşayan və mayın 25-dən yoxa çıxan azərbaycanlı sosial media fəalı İlahə Hüseynnəjadın meyiti tapılıb.

Gunaz.tv

Bununla bağlı Tehran əyalətinin polis idarəsi məlumat yayıb.

Məlumata görə, sinəsində iki bıçaq zərbəsinin yarası olan 24 yaşlı gəncin meyiti Tehran ətrafında aşkar edilib.

Polis İlahə Hüseynnəjadın qətlə yetirildiyini və qatilin saxlanıldığını bildirib.

Polisin sözlərinə görə, qatil gəncin telefonunu oğurlamaq üçün onu idarə etdiyi taksi ilə şəhərdən qıraq yerə apardığını etiraf edib.

Polis İdarəsinin məlumatı yerli sosial media platformalarında narazılıqla qarşılaşıb, qətlin səbəbinin ört-basdır edildiyi bildirilib.

Onlar İlahə Hüseynnəjadın bundan əvvəlki etiraz aksiyalarında fəal olduğuna diqqət çəkib, onun qadın hüquqlarının pozulması ilə bağlı sosial mediadakı tənqidi yazılarına görə öldürüldüyünü deyiiblər.

Qeyd edək ki, mühasibat uçotu üzrə bakalavr dərəcəsi olan İlahə Hüseynnəjad ailəsi ilə birgə İslamşəhrdə yaşasa da, əslən Şərqi Azərbaycanın Sarab şəhərindəndir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar