SON XƏBƏRLƏR

İraq: Kürd muxtariyyəti hökuməti neft qaçaqmalçılığına görə qanuni olaraq məsuliyyət daşıyır

2025.06.05, 15:16
İraq: Kürd muxtariyyəti hökuməti neft qaçaqmalçılığına görə qanuni olaraq məsuliyyət daşıyır

İraqın neft nazirliyi cümə axşamı bildirib ki, Kürd bölgəsindən neftin ölkə xaricinə qaçaqmalçılığının davam etməsinə görə Kürd Regional Hökumətini (KRG) qanuni olaraq məsuliyyət daşıyır.

Gunaz.tv

Nazirlik bununla bağlı bütün qanuni tədbirləri görmək hüququnu özündə saxlayır, deyə əlavə edib.

Qeyd edək ki, neft və qaz üzərində nəzarət uzun müddətdir Bağdad və Ərbil arasında gərginlik mənbəyi olub.

Hazırda İraq Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) təzyiqi altındadır. Təşkilat razılaşdırılmış həcmdən artıq hasilatı kompensasiya etmək üçün hasılatı azaltsın deyə İraqa basqı edir. Belə ki, OPEC Kürd muxtariyyətinin neft axınlarını da İraqın neft kvotasının bir hissəsi hesab edir.

Xatırladaq ki, İraqın federal məhkəməsi 2022-ci ildə çıxardığı qərarda İraq Kürdüstanında neft sənayesini tənzimləyən neft və qaz qanununu konstitusiyaya zidd hesab edib və kürd muxtariyyətinin hakimiyyət orqanlarından xam neft tədarüklərini təhvil vermələrini tələb edib.

Nazirlik, KRG-nin qanuna əməl etməməsinin həm neft ixracına, həm də dövlət gəlirlərinə zərər verdiyini, Bağdadı OPEC kvotalarını yerinə yetirmək üçün digər yataqlardan hasilatı azaltmağa məcbur etdiyini bildirib.

Nazirlik əlavə edib ki, o, kürd muxtariyyəinin yataqlarından hasil edilən xam nefti təhvil verməyə çağırıb və bunun edilməməsinin əhəmiyyətli maliyyə itkiləri ilə nəticələnə biləcəyi və ölkənin beynəlxalq nüfuzuna və neft öhdəliklərinə xələl gətirə biləcəyi barədə xəbərdarlıq edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar