SON XƏBƏRLƏR

Antalyada azərbaycanlı və qaşqay milli fəallar eyləm keçirib

2025.06.06, 11:43
Antalyada azərbaycanlı və qaşqay milli fəallar eyləm keçirib

Antalyada azərbaycanlı və qaşqay milli fəallar eyləm keçirib.

Gunaz.tv

Türk olmayan İran elçisinin müsahibəsi zamanı Güney Azərbaycan və Qaşqay-Yurd mübarizə bayraqları dalğalanıb.

Əvvəlki illərdə olduğu kimi bu il də Antalyada keçirilən Türkmən Yörük Beynəlxalq Festivalında İranın rəsmi nümayəndəsi Cəfər Əli Noruzifərdın mediaya müsahibəsi zamanı üney Azərbaycan və Qaşqay-Yurd mübarizə bayraqları dalğalandırılıb.

Bu simvolik eyləm azərbaycanlı və qaşqay milli fəalları tərəfindən həyata keçirilib və mərasimə milli və etiraz ruhu verib.

Qaşqay türkmənlərinin ənənəvi bədii və rəqs proqramlarının nümayişi zamanı yuxarıda adı çəkilən bayraqlar da səhnədə olub.

Şiraz bələdiyyəsinin nümayəndəsi kimi təqdim edilən Cəfər Əli Noruzifərd festivalda Qaşqay Türkləri, Güney Azərbaycan və Türkmənsərha türklərindən ibarət qruplarla birlikdə iştirak edib.

Türklərin təmsilçisi kimi tədbirdə iştirak edən bu şəxs isə tərçüməçidən istifafə edib və fikirlərini fars dilində ifadə edib.

Müşahidələrinə görə, gərginlik yaradan məqamlardan biri də türk qruplarının çadırında İran bayrağının qaldırılmaması olub. Onlar türk sənətkarlarını sərt şəkildə ittiham etdilər.

Xatırladaq ki, ötən il İran-Qonşu Ölkələr Dostluq Dərnəyinin rəhbəri Süsən Həriri də analoji aksiyada Güney Azərbaycan, Qaşqay Yurd və Vahid Azərbaycan bayraqlarını endirməyə cəhd etmiş və bu, milli fəalların ciddi müqaviməti ilə nəticələnmişdi.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar