SON XƏBƏRLƏR

BMT ekspertləri Güney azərbaycanlı alimə görə müraciət etdilər

2025.06.06, 13:19
BMT ekspertləri Güney azərbaycanlı alimə görə müraciət etdilər

BMT-nin insan haqları üzrə ekspertləri İrandan Azərbaycan əsilli İsveç vətəndaşı Əhmədrza Cəlalini dərhal azad etməyə çağırıblar.

Gunaz.tv

Bu, 2016-cı ildən Evin həbsxanasında saxlanılan Cəlalimim bu ilin may ayında infarkt keçirməsinin ardından onun həyatının təhlükədə olması ilə əlaqəlidir.

BMT ekspertləri iyunun 5-də xəbərdarlıq ediblər ki, siyasi məhbusun saxlanması beynəlxalq hüquqa ziddir və ona lazımi tibbi yardım göstərilmir.

"Biz İrana xatırlatdıq ki, o, cənab Cəlaliyə insan haqları standartlarına uyğun davranmağa borcludur. İnsani saxlanma şəraitinin və ictimai standartlara uyğun tibbi xidmətin təmin edilməsinə görə son məsuliyyət İran hökumətinin üzərinə düşür. Təəssüf ki, İran əvvəlki müraciətlərə cavab verməyib",- BMT-nin insan haqları üzrə ekspertləri bildiriblər.

Qeyd edək ki, əslən Şərqi Azərbaycan əyalətinin Sarab bölgəsindən olan 53 yaşlı Əhmədrza Cəlali 2016-cı ildə Tehran Universiteti və Şiraz Universitetinin dəvəti ilə İrana səfər edib. 

O, Tehranda keçirilən akademik konfransda iştirak etdikdən sonra həbs edilib və daha sonra “casusluq” ittihamı ilə edam cəzasına məhkum edilib. O, 9 ildir ki, həbsdədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar