SON XƏBƏRLƏR

Amerika İrana görə bir neçə şəxs və şirkətə sanksiya tətbiq edib

2025.06.07, 10:23
Amerika İrana görə bir neçə şəxs və şirkətə sanksiya tətbiq edib

Amerika İran rəhbərliyinin xeyrinə çirkli pulların yuyulması ilə mübarizə məqsədilə 10 fiziki və 27 hüquqi şəxsə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə Amerika Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Amerika hakimiyyətinin fikrincə, sanksiyalara məruz qalan şirkətlər və şəxslər Amerika sanksiyalarından yayınaraq neft və digər mallar satmaqla bir neçə milyard dolları yumağa müvəffəq olan sxemdə iştirak ediblər.

Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunan məlumatlara görə, İranın doqquz, Çinin bir vətəndaşına məhdudiyyətlər tətbiq edilib. 

Bundan əlavə, 27 şirkət məhdudlaşdırıcı tədbirlərə məruz qalıb ki, onlardan 17-si Honq-Konqda, 5-i BƏƏ-də, eyni sayda isə İranda yerləşir.

Bu şirkət və şəxslərin sanksiya siyahısına daxil edilməsi Amerikadakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıya alınmış şəxslərlə iş aparmasının qadağan olunması deməkdir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar