SON XƏBƏRLƏR

Evin həbsxanasında saxlanılan azərbaycanlı fəalların həbsindən 17 ay ötür

2025.06.07, 15:56
Evin həbsxanasında saxlanılan azərbaycanlı fəalların həbsindən 17 ay ötür

Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin həbsindən 17 ay ötür.

Gunaz.tv

Həbs olunduqları vaxtdan bu azərbaycanlı fəallar təhlükəsizlik orqanlarının məhkəmə orqanlarına mane olması səbəbindən hələ də zaminə buraxılmayıblar.

Qeyd edək ki, bu işlə bağlı olan digər azərbaycanlı fəallar Vədud Əsədi, Abdullah Vahidi, Salar Tahir Afşar 2025-cü ilin fevral ayında Evin zindanına köçürülüblər.

Seyid Məhəmməd Rza Fəqihi isə 2025-ci ilin yanvar ayından bəri Evin həbsxanasında saxlanılır.

Qeyd edək ki, Evin zindanında məhbus olan bu fəallar 2024-ci il fevralındə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav, Urmu, İslamşəhr, Astarada məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər.

Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmə”, “İran İslam Respublikası əleyhinə təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar.

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar