SON XƏBƏRLƏR

"Qarabağ" "Traxtur"la qardaşlıq matçı keçirmək istəyir - Gözəl

2025.06.08, 15:59
"Qarabağ" "Traxtur"la qardaşlıq matçı keçirmək istəyir - Gözəl

Azərbaycan Respublikasının "Qarabağ" Klubu "Traxtur"la yoldaşlıq oyunu keçirmək istəyir

Gunaz.tv

Bununla bağlı "Qarabağ" Klubunun prezidenti Tahir Gözəl açıqlama verib.

"Bu matça böyük həvəslə hazırlaşırıq. Dost və qardaş ölkənin, klubu ilə görüşməkdən çox şad olarıq", o bildirib.

Gözəl deyib ki, hər iki komanda üçün münasib vaxt müəyyən olunarsa, bu matçı keçirməyə hazırdırlar.

"Traxtur" oyunçularını Bakıda hərarətlə qarşılamağa hazır olduqlarını bildirən "Qarabağ" prezidenti, İranlı menecerlərin də bu oyunun koordinasiyasında əməkdaşlıq etmələrindən məmnun olacağını edib:

"Bunu etsələr minnətdar olacağıq, biz böyük məmnuniyyətlə qonaqlarımızı Bakıda gözləyəcəyik".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar