SON XƏBƏRLƏR

İran 3 həftə ərzində 10 nüvə başlığı hazırlamaq gücündədir - Pentaqon

2025.06.11, 09:00
İran 3 həftə ərzində 10 nüvə başlığı hazırlamaq gücündədir - Pentaqon

İran üç həftə ərzində 10-a qədər nüvə başlığı hazırlamağa qadirdir.

Gunaz.tv

Bunu Amerika Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib.

“Əgər İran rejimi sürətləndirilmiş nüvə silahının hazırlanmasına davam etmək qərarına gəlsə, qiymətləndirmələrə görə, bir neçə zənginləşdirmə obyektlərində mövcud ehtiyatlar və sentrifuqalar təxminən bir həftə ərzində ilk 25 kq silah dərəcəli (nüvə) materialı və üç həftə ərzində on nüvə başlığını istehsal etmək üçün kifayətdir”.

O qeyd edib ki, İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr nüvə silahı əldə etmək üçün mümkün olan hər şeyi edəcək, ya onları inkişaf etdirəcək, ya da satın alacaq ki, Tehrana qarşı çəkindirici potensialı qoruyub saxlaya bilsin.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar