SON XƏBƏRLƏR

Mustafa İkrami zaminə buraxılıb

2025.06.11, 12:13
Mustafa İkrami zaminə buraxılıb

Xiyavdan (Meşginşəhr) olan azərbaycanlı türk fəal Mustafa İkrami həbs olunduqdan təxminən üç həftə sonra zaminə buraxılıb.

Gunaz.tv

Təhlükəsizlik əməkdaşları vətəndaş fəalın bütün yazılarını silib və İnstaqram hesabını bloklayıb.

Qeyd edək ki, Mustafa İkrami 18 may 2025-ci il bazar günü Xiyavdakı evində Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Məmurlar cənab İkramini həbs edərkən onun mobil telefonunu da müsadirə edərək özləri ilə aparıblar. Bu azərbaycanlı fəalın həbsindən sonra onun İnstaqram hesabının dəfələrlə aktivləşdirilməsi onu göstərirdi ki, təhlükəsizlik orqanları onun telefonuna daxil olaraq hesablarına nəzarət edir.

Mustafa İkrami son illərdə türklərin pozulmuş hüquqlarını müdafiə edən sivil fəaliyyətinə görə bir neçə dəfə həbs olunub.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar