SON XƏBƏRLƏR

İrana hücuma cavab verəcəyik - Husilər

2025.06.12, 12:56
İrana hücuma cavab verəcəyik - Husilər

Yəmənin İrana bağlı husi silahlı qruplaşması "Ənsarullah" İrana görə Amerika və İsrailə xəbərdarlıq edib.

Gunaz.tv

Bu haqda "Newsweek" nəşri məlumat yayıb.

Husilərin nümayəndəsi Amerika və ya İsrailin İrana hücum edəcəyi təqdirdə onlara cavab vermək üçün qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirdiklərini bildirib.

Bu xəbərdarlıq Amerika diplomatları və hərbçi ailələrinin İraq, Bəhreyn və Küveytdən çıxarılması və İrana qarşı hərbi əməliyyatların keçirilmə ehtimalının artması ilə eyni vaxtda edilib.

Bundan əvvəl "CBS News" telekanalı bir neçə mənbəyə istinadən xəbər vermişdi ki, İsrail İrana hücuma tam hazırdır və Vaşinqton Tehranın Amerikanın İraqdakı maraqlarına mümkün cavabından narahatdır.

Eyni zamanda, İsrailin Kanal 14 telekanalı İrana qarşı genişmiqyaslı əməliyyata hazırlıq barədə məlumat yayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar