SON XƏBƏRLƏR

Təbrizdə neftayırma zavoduna yenidən hücum olub

2025.06.14, 14:19
Təbrizdə neftayırma zavoduna yenidən hücum olub

İsrail Ordusunun Hərbi Hava Qüvvələri bu gün yenidən Təbrizdə yerləşən neftayırma zavodu və neft-kimiya müəssisəsinə hava zərbələri endirib.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Adı çəkilən müəssisələr və yaxın ərazilərdə güclü partlayışların olduğu bildirilib.

Ehtimal olunan itkilər və insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, bunadn əvvəl İsrail rəsmiləri İrana İsraildə yaşayış məntəqələri və mülki əhalini hədəf alacağı təqdirdə qeyri-hərbi mərkəzləri vuracaqları barədə xəbərdarlıq etmişdilər.

İranın dünən İsrailə həyata keçirdiyi raket hücumu nəticəsində isə 3 mülki şəxs ölüb, 80-dən çox mülki şəxs yaralanıb.

Onların arasında çox sayda qadın və uşaqların da olduğu bildirilib.

Ekspertlər hesab edir ki, İran və İsrail arasında gərginlik yeni mərhələyə qədəm qoyub və toqquşmalar bir neçə gün davam edə bilər.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar