SON XƏBƏRLƏR

Amerikanın daşıyıcı gəmiləri Ön Asiyaya gəlir

2025.06.16, 16:02
Amerikanın daşıyıcı gəmiləri Ön Asiyaya gəlir

"Marine Traffic" gəmi izləmə veb-saytının məlumatına görə, Vyetnamda olan Amerikanın təyyarədaşıyan "USS Nimitz" gəmisi Güney Çin dənizini tərk edərək üzü günbatara doğru yola düşüb.

Gunaz.tv

Daşıyıcı bu həftənin sonunda Danang şəhərinə səfər etməyi planlaşdırmışdı, ancaq biri diplomat olmaqla iki mənbə iyunun 20-nə planlaşdırılan rəsmi səfərin ləğv edildiyini söyləyib.

Mənbələrin məlumatına görə, Amerikanın Hanoydakı səfirliyi səfərin fövqəladə əməliyyat tələbi səbəbindən təxirə salındığını bildirib.

Amerika Sakit Okean Donanmasının Komandirinin internet saytına görə, Nimitz Daşıyıcı Hücum Qrupu keçən həftə “Amerika Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit Okeandakı müntəzəm mövcudluğunun bir hissəsi” olaraq Güney Çin dənizində dəniz təhlükəsizliyi əməliyyatları həyata keçirib.

"Marine Traffic"in məlumatları, daşıyıcının bazar ertəsi səhər saatlarında İsrail və İran arasında döyüşün şiddətləndiyi bir vaxtda Ön Asiya istiqamətində hərəkət etdiyini göstərir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar