SON XƏBƏRLƏR

Kiprdə "Sepah"a bağlı terrorçu saxlanıldı

2025.06.23, 11:26
Kiprdə "Sepah"a bağlı terrorçu saxlanıldı

Şimali Kipr polisi bu ölkədə terror törətməyi planlaşdıran SEPAH-la əlaqəli azərbaycanlı kişini həbs edib.

Gunaz.tv

Bu haqda Kiprin ən böyük gündəlik qəzeti "Philefterosa" məlumat yayıb.

"Aprelin ortalarından Kiprdə olan şəxs, Britaniya Kral Hərbi Hava Qüvvələrinin Akrotiridəki bazası və Pafosun qərbindəki Kipr Ordusunun Andreas Papandreu bazası ətrafında şübhəli hərəkətlər edib",- məlumatda bildirilir.

Məlumatlara görə, kimliyi açıqlanmayan şəxs hər gün bu bazaların yaxınlığında peşəkar kamera, telefoto obyektiv və üç mobil telefonla görülüb.

Onun barəsində cinayət işinin açıldığı və mühakimə ediləcəyi qeyd olunub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar