SON XƏBƏRLƏR

İranda İsrailə görə məhbus edam edildi

2025.06.23, 12:33
İranda İsrailə görə məhbus edam edildi

Bu gün səhər saatlarında Kərəcin Qızılhisar həbsxanasında Məhəmməd Əmin Məhdəvi Şayistə adlı məhbus edam edilib.

Gunaz.tv

Bu haqda insan haqları təşkilatları məlumat yayıb.

Ötən ilin noyabrında Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Məhəmməd Əmin Məhdəvi Şayistəni  "düşmən ölkə ilə əməkdaşlıq" və "islam müqəddəslərini təhqir etmək"də günahlandırmışdı.

İnsan haqları təşkilatları 27 yaşlı Məhəmməd Əmindən işgəncə altında məcburi etiraf alındığını və onun İsraillə əməkdaşlığını sübut edən heç bir faktın olmadığını bildiriblər.

Qeyd edək ki, bu son 1 ay yarım ərzində "İsrailə cəsusluq" ittihamına görə öldürülən 5-ci məhbusdur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar