SON XƏBƏRLƏR

İsrail İranın mərkəzində yerləşən Fordo nüvə obyektinə giriş yollarını vurub

2025.06.23, 15:45
İsrail İranın mərkəzində yerləşən Fordo nüvə obyektinə giriş yollarını vurub

İsrail İranın mərkəzində yerləşən Fordo nüvə obyektinə giriş yollarını vurub.

Gunaz.tv

Bəyanatda hücumun nüvə zənginləşdirmə obyektinə girişə mane olmaq üçün həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, baş nazir Benyamin Netanyahu, Amerikanın zərbələri zamanı Fordoya ciddi ziyan vurulduğunu söyləyib.

İranın nüvə proqramının məhv edilib-edilməməsi ilə bağlı suala Netanyahu belə cavab verib:

"Biz Amerikalı müttəfiqlərimizlə birlikdə məsələni çox diqqətlə, ətraflı şəkildə araşdırırıq. Amma aydındır ki, təsisata biz ciddi zərbə vurmuşuq: biz onların aparıcı (nüvə) alimlərini, sentrifuqa fabriklərini, zənginləşdirmə obyektlərini məhv etmişik - Natanzı məhv etmişik və Fordoya ciddi ziyan vurmuşuq. Gec-tez biz zərərin miqyasını tam olaraq biləcəyik."

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar