SON XƏBƏRLƏR

Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar naməlum yerə köçürülüb

2025.06.24, 11:33
Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar naməlum yerə köçürülüb

İsrail ordusunun dünən axşam saatlarında Tehranın Evin həbsxanasına hücumundan sonra həbsxanada məhbus olan azərbaycanlı fəallar Baqir Hacızadə, Araz Aman, Ayaz Seyfxah və Kərəm Mərdanə naməlum yerə aparılıb.

Gunaz.tv

Əlavə olaraq, Vədud Əsədi, Salar Tahir Əfşar, Mürtəza Pərvin, Mahmud Ocaqlı, Fatimə Atəşi Xiyavi, Məhəmmədrza Fəqihi və Taher Nəqəvi kimi digər azərbaycanlı fəallar haqqında da məlumat yoxdur.

Bu məsələ Azərbaycan milli hərəkatının və fəallarının ailə və yaxınlarının narahatlığını daha da artırıb.

Bəzi insan haqları mənbələri Evin zindanının rəhbəri Hidayətullah Fərzadinin həbsxananın 4-cü palatasına xüsusi silahlı mühafizə qüvvələri yerləşdirməklə 400-dən çox siyasi məhbusu Böyük Tehran Həbsxanasına köçürməyə başladığını bildirib.

Qeyd edək ki, Böyük Tehran Həbsxanası əvvəllər qeyri-insani şəraitə, həddən artıq sıxlığa, tibbi xidmətlərin olmamasına və təhlükəsizlik infrastrukturunun yararsızlığına görə ciddi tənqidlərə məruz qalıb.

Hüquq müdafiəçilərinin fikrincə, həbsxanada xüsusi qayğıya, hüquqi və məhkəmə təminatlarına ehtiyacı olan siyasi məhbuslar bir yana qalsın, adi məhbusların saxlanması üçün belə minimum standartlar yoxdur.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar