SON XƏBƏRLƏR

Təbrizdə azərbaycanlı milli fəalların məhkəməsi keçirilib

2025.06.25, 11:25
Təbrizdə azərbaycanlı milli fəalların məhkəməsi keçirilib

23 iyul 2025-cü ildə Təbriz İnqilab Məhkəməsində Güney Azərbaycan Milli Hərəkatının dörd türk fəalı cənab Davud Şiri, Nasir Rəzmco, Əmirhüseyn Ağayi və Hüseyn Azadın işi üzrə məhkəmə iclası keçirilib.

Gunaz.tv

Fəallara qarşı “rejimə düşmənlik edən qruplara üzv olmaq” və “milli təhlükəsizliyə qarşı hərəkət etmək üçün toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürülüb.

Onlar bu ittihamları açıq şəkildə rədd etməklə yanaşı, məhkəmə iclasında özlərini müdafiə edərək, fəaliyyətlərinin vətəndaş hüququ və qanuni azadlıqlar çərçivəsində holduğunu bildiriblər.

Qeyd edək ki, bu şəxslər, digər azərbaycanlı milli fəallar, Yürüş Mehrəlibəyli, Əli Babayi, Cavad Sudbər, Həmid Yeganpur, Mürtəza Nurməhəmmədzadə, Araz İbrahimnejad, Məhəmmədrza Müvahid, İbrahim Əvəzpur, və Mehrdad Qadiri ilə birlikdə 13 sentyabr 2023-ci ildə Şərqi Azərbaycan Kəşfiyyat İdarəsi tərəfindən həbs edilmişdilər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar