SON XƏBƏRLƏR

Mürtəza Pərvinin qısa zəngi: Məni gecə Böyük Tehran zindanına köçürüblər

2025.06.25, 11:39
Mürtəza Pərvinin qısa zəngi: Məni gecə Böyük Tehran zindanına köçürüblər

Azərbaycanlı sənətçi və vətəndaş fəalı Morteza Pərvin yaxınları ilə telefon əlaqəsi zamanı Evin həbsxanasından Böyük Tehran həbsxanasına köçürüldüyünü açıqlayıb.

Gunaz.tv

Pərvin bəyin yaxınlarının verdiyi məlumata görə, məhbus rəssam Mürtəza Pərvin digər siyasi məhbuslarla birlikdə Evin zindanının 4-cü palatasından Böyük Tehran zindanına köçürülüb.

Mürtəza Pərvinin zəng zamanı verdiyi məlumata görə,  Böyük Tehran həbsxanasında məhbus sayı həddən çox olduğuna görə yer çatışmır. O, köçürülmə zamanı məhbuslara şəxsi əşyalarını götürməyə icazə verilmədiyini bildirib. 

Xatırladaq ki, Mürtəza Pərvin 2024-ci il fevralın 17-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasına salınıb. 2024-cü il may ayının sonlarında o, hakim Əbulqasim Sələvatinin sədrliyi ilə keçirilən Tehran İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” və “rəhbərliyi təhqir etmək” kimi ittihamlarla mühakimə olunub və 6 il həbs cəzasına məhkum edilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar