SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

2025.06.26, 10:59
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Gunaz.tv

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Həmin illərdə Azərbaycan ordusu Bakının Bolşevik işğalından azad edilməsi, Rusiya ordusu tərəfindən qurulmuş Sovet Muğan Respublikasının ləğv edilməsi və Qarabağda Zəngəzura qədər olan ərazilərin Erməni işğalından azad edilməsi kimi uğurlu hərbi əməliyyatlar həyata keçirmişdi.

Həmin ordunun birbaşa davamçısı olan müstəqil Azərbaycanın ordusu 2020-ci ildə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanmış və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin birləşmələrini Azərbaycan ərazilərindən tamamilə çıxarmışdır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar