SON XƏBƏRLƏR

Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi

2026.11.20, 10:39
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi

Dünən İranın Xuzistan əyalətinin Əhvaz şəhərində çörəkçilər və çörək sexlərində işləyənlər etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Valilik binası qarşısına toplaşan etirazçılar çörəyin qiymətinin bahalaşmasının vətəndaşlarla onlar arasında qarşıdurmaların yaranmasına səbəb olduğunu bildiriblər.

Onlar bununla yanaşı qiymət artımının onların iş və məişət şərayitlərinin yaxşılaşmasına təsir etmədiyini deyiblər.

Qeyd edək ki, üç gün əvvəl Zəncan və Xuzistan əyalətlərində elan edilmədən çörək səhmiyyələndirilib (kvota tətbiq olunub) və insanlar çörək sexlərinə axın ediblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar