SON XƏBƏRLƏR

İranın raket buraxılış məntəqələri məhv edilib - İsrail

2025.06.27, 10:11
İranın raket buraxılış məntəqələri məhv edilib - İsrail

İranın raket buraxılış məntəqələrinin təxminən 50 faizini məhv etdik.

Gunaz.tv

Bu haqda İsrail Ordusunun yaydığı son məlumatda bildirilib.

"İrana qarşı əməliyyat zamanı minlərlə sentrifuqa məhv edilib”,- məlumatda qeyd olunub.

İsrail ordusu həmçinin bildirib ki, İranda 35-dən çox raket istehsalı obyektini hədəf alıb.

Bəyanatda daha sonra əməliyyatda İranın nüvə silahı proqramı ilə əlaqəsi olan 11 tanınmış iranlı alimin öldürüldüyü bildirilir.

Bununla yanaşı "Sepah"ın baş komandiri Hüseyn Salami və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri olmaqla İranın 30-a yaxın general və yüksək rütbəli komandiri də zərərsizləşdirilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar