SON XƏBƏRLƏR

Amerikada 130 iranlı həbs edilib

2025.06.27, 10:39
Amerikada 130 iranlı həbs edilib

Amerika İmmiqrasiya və Gömrük Mühafizəsi ötən həftə 130 İran vətəndaşını həbs edib.

Gunaz.tv

Bu haqda "Fox News" məlumat yayıb.

"Son günlər Tramp administrasiyası təhlükəsizliklə bağlı narahatlıqlar fonunda ölkədə hüquqi statusu olmayan İran vətəndaşlarının saxlanması prosesini gücləndirib",- məlumatda bildirilib.

Bununlada son həbs edilənlərlə bir yerdə hazırda Amerika İmmiqrasiya və Gömrük Mühafizəsi təcridxanalarında saxlanılan iranlıların sayı 670-ə çatıb.

Qeyd edək ki, Amerikanın İranın nüvə obyektlərinə hücumundan sonra Amerika hökumət rəsmiləri və milli təhlükəsizlik ekspertləri Amerika daxilində cavab tədbirləri həyata keçirmək üçün yatmış hüceyrələrin və İslam Respublikasının təsiri altında olan şəxslərin aktivləşdirilməsi riski barədə xəbərdarlıq ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar