İyunun 26-da verilən qərara əsasən, keçmiş kəşfiyyat naziri Əli Fəlahiyan, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İranın Argentinadakı keçmiş səfiri Hadi Süleymanpur, İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Möhsün Rezai və bir sıra İran Hava Qüvvələrinin əməkdaşları Buşendə mühakimə olunacaqlar.
Qeyd edək ki, 2024-cü ilin aprelində Argentina məhkəmə sistemi rəsmi olaraq AMIA partlayışına görə İran və Hizbullahı məsul tutub.
Keçən ilin mayında Argentina hökuməti İnterpoldan AMIA partlayışında roluna görə o zaman SEPAH Qüds Qüvvələrinin komandiri və İbrahim Rəisi hökumətinin daxili işlər naziri Əhməd Vahidi həbs etməyi xahiş etmişdi.
İran hökumət rəsmiləri indiyədək ölümlə nəticələnən insidentdə hər hansı əli olduğunu təkzib ediblər.
Təxminən otuz il əvvəl Argentina Yəhudi İcma Mərkəzində baş verən partlayışda 85 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
C