SON XƏBƏRLƏR

Əfqanistanlıların İrandan çıxarılmasına göstəriş verildi

2025.06.27, 12:03
Əfqanistanlıların İrandan çıxarılmasına göstəriş verildi

İranda yaşayan əfqanistanlı qaçqınların ölkədən çıxarılması barədə göstəriş verilib.

Gunaz.tv

Bu haqda İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İran Polis Qüvvələri Komandanlığının Sərhəd Mühafizəsinin komandiri Əhmədəli Qudərzi "sənədləri qaydasında olmayan" əfqanıstanlıların deportasiyasının sürətləndirilməsi barədə qəti tapışırıq verib.

"Əfqanıstanlı qaçqınlara ev, avtomobil, torpaq, obyekt və s. icarə verən vətəndaşlara qarşı hüquqi ölçü götürüləcək, onların icarəyə verdikləri dövlətin xeyrinə mənimsəniləcək",- göstərişdə xəbərdarlıq edilib.

Qeyd edək ki, iyunun 13-də İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi hava zərbələrindən sonra əfqanıstanlılara qarşı da münasibət kəskin pisləşib.

İranın dövlət mediası "əfanıstanlı qaçqınların Mossadda casusluq" etdikəri barədə materiallar dərc edib.

Bu müddət ərzində 60 minə yaxın əfqanıstanlı təzyiqlərdən yayınmaq üçün İranı tərk edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar