SON XƏBƏRLƏR

Bağdad Amreyev: "TIF Orta Dəhlizin "yumşaq" infrastrukturunun inkişafını dəstəkləyəcək"

2025.06.30, 12:37
Bağdad Amreyev: "TIF Orta Dəhlizin "yumşaq" infrastrukturunun inkişafını dəstəkləyəcək"

Türk İnvestisiya Fondu (TIF) ilkin mərhələdə Orta Dəhliz çərçivəsində "yumşaq" əlaqələrin inkişafına yönəlmiş layihələrə dəstək göstərmək niyyətindədir.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu fondun prezidenti Bağdad Amreyev Türkiyədə keçirilən Qlobal Nəqliyyat Dəhlizləri Forumunda bildirib.

Onun sözlərinə görə, fond gələcəkdə Orta Dəhlizin "sərt" infrastrukturunun inkişafı layihələrinə də töhfə verməyi planlaşdırır.

B.Amreyev qeyd edib ki, Orta Dəhliz əsas ticarət marşrutuna çevrilir: “Region ölkələrinin hökumətləri nəqliyyat və logistika infrastrukturuna investisiyaları aktiv şəkildə artırırlar".

O vurğulayıb ki, bu səyləri regional səviyyədə əlaqələndirmək və daha geniş beynəlxalq əməkdaşlığa inteqrasiya etmək lazımdır ki, marşrut qlobal transsərhəd ticarətdə daha dayanıqlı və rəqabətqabiliyyətli olsun.

TIF-in fəaliyyətinin strateji prioritetlərini vurğulayan fond prezidenti qeyd edib ki, türk dövlətlərinin iqtisadi inteqrasiyasına və qarşılıqlı əlaqəsinə kömək etmək təşkilatın əsas vəzifələrindən biridir.

"Növbəti illərdə TIF layihələrin birgə maliyyələşdirilməsi və həm dövlət, həm də özəl strukturlarla tərəfdaşlıqların inkişafı üçün səylərini cəmləşdirəcək. Onun məqsədi regional əlaqələri gücləndirməkdir", - B.Amreyev vurğulayıb.

Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.

Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar