SON XƏBƏRLƏR

Böyük Tehran həbsxanasında su qıtlığı yaşanır

2025.07.01, 10:55
Böyük Tehran həbsxanasında su qıtlığı yaşanır

Böyük Tehran Həbsxanasında məhbus olan azərbaycanlı rəssam və fəal Mürtəza Pərvin ailəsi ilə apardığı telefon danışığı zamanı həbsxanadakı ağır şəraitlə bağlı məlumat verib.

Gunaz.tv

Qeyd edək ki, rejimin Evin həbsxanasını köçürmək qərarından sonra Böyük Tehran həbsxanasında ciddi sıxlıq yaşanır. Nəticədə həbsxanada onsuz da aşağı olan həyat standartları indi bir qədər də aşağı düşüb.

Mürtəza Pərvin bəy telefon danışığı zamanı həbsxanada içməli suyun belə güclə tapıldığını bildirib.

Bundan başqa, məhkumlar yemək payının azaldılmasından, telefon danışıqlarının məhdudlaşdırılmasından, məhbusların ümumi otağındakı soyuducunun kiçik olmasından, siyasi cinayətlərin ümumi və təhlükəli cinayətlərdən ayrılmamasından, məhbusların sıxlığından, bir otaqda 40-a yaxın məhbusun saxlanılması ilə bağlı yataq otağının olmamasından şikayətlənirlər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar