SON XƏBƏRLƏR

İran Hörmüz boğazını minalamağı planlaşdırıb

2025.07.02, 11:02
İran Hörmüz boğazını minalamağı planlaşdırıb

“İran İsraillə münaqişənin gərginləşdiyi dövrdə Hörmüz boğazını minalamağa hazırlaşırdı.”

Gunaz.tv

Bu barədə “Reuters” agentliyi Amerika rəsmilərinə istinadən məlumat yayıb.

"İran hərbçiləri iyun ayında Ərəb Körfəzində gəmilərə mina yükləyib, lakin onlar heç vaxt quraşdırılmayıb. Bu minaların sonradan zərərsizləşdirilib-zərərsizləşdirilmədiyi məlum deyil”, – deyə bildirilib.

Mənbələr Vaşinqtonun minaların mövcudluğunu necə müəyyənləşdirdiyini açıqlamayıb.

Agentlik qeyd edib ki, bu cür kəşfiyyat məlumatları adətən peyk şəkilləri, məxfi agentlər və ya bu üsulların kombinasiyasından istifadə etməklə toplanır.

Amerika Müdafiə Nazirliyi hələlik bu xəbəri şərh etməyib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar