SON XƏBƏRLƏR

İraq Türkmənləri Altın Körpü şəhərində demoqrafik və kimlik dəyişikliyinə etiraz edir

2025.07.02, 11:34
İraq Türkmənləri Altın Körpü şəhərində demoqrafik və kimlik dəyişikliyinə etiraz edir

Son günlər İraqın şimalındakı Altın Köprü şəhərinin türkmən sakinləri "bölgənin türkmən kimliyini aradan qaldırmaq üçün məqsədyönlü cəhd" adlandırdıqları əməllərə qarşı etiraz eyləmləri keçirirlər.

Gunaz.tv

Yeni inzibati dəyişikliklərdə əsas vəzifələrə heç bir türkmən təyin olunmamasından sonra etirazlar daha da şiddətlənib.

Yerli mənbələrə görə, son illərdə bölgəyə əhəmiyyətli bir kürd əhalisi köçürülüb ki, Türkmənlər bunu Altın Körpünün demoqrafik tərkibinin dəyişdirilməsi layihəsi kimi qiymətləndirir. Bəzi məlumatlarda bölgənin tarixi adının dəyişdirilməsinə cəhd ediləcəyi də bildirilib.

Altın Körpü uzun müddət İraqın ən mühüm türkmən ərazilərindən biri olub və ölkədə türkmənlərin kimliyində mühüm mədəni və tarixi rol oynayıb.

Türkmən fəalları deyirlər ki, mərkəzi İraq hökuməti və Şimali İraq kürd bölgəsinin bu hadisələr qarşısında susması narahatlıq doğurur və etnik gərginliyi qızışdıra bilər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar