SON XƏBƏRLƏR

Xamenei öz ofisinin Hüseyniyyəsində yas mərasiminə qatılmayıb

2025.07.03, 11:17
Xamenei öz ofisinin Hüseyniyyəsində yas mərasiminə qatılmayıb

Əli Xameneinin ofisinin internet saytı matəm mərasiminin hər il adət olduğu kimi Məhərrəm ayının yeddinci gecəsi çərşənbə günü İmam Xomeyni Hüseyniyyəsində keçirildiyini açıqlayıb.

Gunaz.tv

Yayılan görüntülərdən mərasimdə bir sıra dövlət rəsmilərinin, o cümlədən Məsud Pezeşkianın orada iştirak etdiyi məlum olur. Ancaq maraqlısı odur ki, görüntülərin heç birində Əli Xamenei gözə dəymir.

Qeyd edək ki, bundan öncəki illərdə Əli Xamenei bu Hüseyniyyədə Məhərrəm ayının ilk ongünlüyünün əzadarlıq mərasimlərində həmişə iştirak edib.

Xatırladaq ki, hətta koronavirus pandemiyasının ən kəskin zamanlarında belə Əli Xamenei bu əzadarlıq mərasimlərinə qatılmışdı.

Beləliklə, Əli Xamenei İsrailin İrana hücumundan sonra 23 gündür ki, ictimaiyyət qarşısında görünmür, bəzi xəbər mənbələri onun Tehranın şimal-şərqində, Lavizanda yeraltı bunkerdə gizləndiyini bildirir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar