SON XƏBƏRLƏR

İranda həbsdə olan fransalı cütlük "İsrailə casusluq"da günahlandırıldı

2025.07.03, 13:16
İranda həbsdə olan fransalı cütlük "İsrailə casusluq"da günahlandırıldı

İran məhkəməsi 3 ildir bu ölkədə həbsdə olan fransalı cütlük Sesil Kohler və Jak Paris brəsində "İsrailə casusluq" ittihamı irəli sürüb.

Gunaz.tv

Bu haqda Fransa xəbər agentliyi onların ailəsinə istinadən məlumat yayıb.

Fransalı cütlük bununla yanaşı “rejimi devirmək üçün fəaliyyət” və “yer üzündə fitnə yaymaq”da da günahlandırılıblar.

Bu ittihamlar sübuta yetirilərsə, iki Fransa vətəndaşı edam riski ilə üzləşəcək.

Qeyd edək ki, Sesil Kohler və Jak Paris 2022-ci ilin may ayından İranda həbs ediliblər. 

Fransa hökuməti onların işgəncəyə bənzəyən şəraitdə saxlanıldıqlarını və lazımi konsulluq yardımı ala bilmədikərini bildirir.

Rəsmi Paris dəfələrlə İranda həbsdə olan vətəndaşlarını dövlət girovu adlandırıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar