SON XƏBƏRLƏR

İranın 53 şəhərində su çatışmır

2025.07.04, 15:06
İranın 53 şəhərində su çatışmır

Hazırda ölkənin 25 əyaləti və 53-dən çox şəhəri su sıxıntısı ilə üz-üzədir.

Gunaz.tv

Bunu İran Su və Kanalizasiya Təşkilatının başçısı Haşım Əmini deyib.

"Ona görə də biz fövqəladə hallar planı şəklində planlar müəyyən etmişik. Su böhranının dərinləşməməsi üçün abunəçilərin istehlakın idarə edilməsində əməkdaşlıq etməsi zəruridir",- o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl də İra rəsmiləri su problemi ilə bağlı xəbərdalıq ediblər.

Onlar su çatışmazlığının böhran həddinə çatdığını deyib, vətəndaşları içməli sudan istifadədə qənaət etməyə çağırıblar.

İran Su Şirkətinin sözçüsü İsa Bozorgzadə isə sudan çox istifadə edən vətəndaşların cəzalandırılacağını söyləyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar