SON XƏBƏRLƏR

Ersin Tatar Xankəndi Zirvə görüşündə ŞKTC-yə dəstək xahiş edib

2025.07.04, 15:51
Ersin Tatar Xankəndi Zirvə görüşündə ŞKTC-yə dəstək xahiş edib

Kiprdə federasiya yaradılması təşəbbüsünün zamanı çoxdan keçib, beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir.

Gunaz.tv

Bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

ŞKTC Prezidenti deyib ki, bu mövqeləri BMT Baş katibinə də çatdırılıb: “Bu mövqeyimiz qarşıda təşkil olunan görüşdə də tərəflərə çatdırılacaq”.
Ersin Tatar qeyd edib ki, ŞKTC-nin təcridinə son qoyulmalıdır: “ŞKTC-nin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərindən birmənalı dəstəyi gözlədiyimizi bəyan edirəm”.

Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyevə Zirvə görüşünün təşkilinə görə təşəkkür edən Ersin Tatar ECO ölkələrini ŞKTC limanlarının potensialından istifadə etməyə çağırıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar